-------------------------------------------------------------------------
Ayətullah Behcətin iki mühüm tapşırığı
Höccətul-İslam vəl-muslimin Məhəmməd Ruhi mərhum Ayətulah Behcətin yüksək elmi və insani keyfiyyət və ali xüsusiyyətləri haqqında buyurur: "Mən 20 il onun xidmətində durdum. Bu müddət ərzində heç vaxt ondan “mən” kəlməsini eşitmədim. Bu alimin bariz xüsusiyyətlərindən biri bu idi".
“Bir dəfə Ayətulah Behcət bir əhvalat danışırdı. Orda özünə aid olan hissə də var idi. Həmin hissəyə çatdıqda tez sözünü kəsib əhvalatı yarımçıq qoydu” - deyə şagirdi üstadı barəsində onun öz dilindən daha maraqlı faktları açıqladı: “Özümü tanıyandan və həddi buluğa çatandn günah etməmişəm”.
Ayətullah Behcətin yüksək yaddaşa malik olmasından danışan ruhani qeyd etdi ki, onun hətta uşaqlıq zamanında yanına getdiyi həkimlərin adları da yadında idi. Onları adları ilə dua edərdi.
Bu ilahi alimin istiğfar etməyə xüsusisi əhəmiyyət verdiyini də qeyd edən natiq bildirdi: "O, camaata deyərdi ki, yaxşı və pis işlərinizdən istiğfar edin. Bir müddət keçdikdən sonra biləcəksiniz ki, sizin yaxşı işlərinizin də istiğfara ehtiyacı var imiş".
“Onun bərzəx gözləri (bəsirəti) açıq idi və müdam dilində zikr söyləyərdi” – deyən höccətul-İslam vəl-muslimin Məhəmməd Ruhi bildirdi ki, namazı əvvəl vaxta qılmaq və günahlardan uzaqlaşmaq Ayətullah Behcətin ən çox tapşırdığı iki əməl idi.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3