ə) qəsbkarlar haqqındakı axırıncı hökmü
Sonra Fatimeyi-Zəhra (s.ə) mübarək əllərini göyə qaldırıb dedi: "Ey Allah, sən şahidsən, ey burada hazır olanlar, siz də şahidsiniz, bu iki nəfər həyatımda və ömrümün son anlarında mənə əziyyət verdilər. Ey Allah, mən bu iki nəfərdən sənə və Peyğəmbərinə (s) şikayət edirəm. Yox! Allaha and olsun, heç vaxt sizdən razı olmayacağam. Atamla görüşməyincə, sizin işlərinizi Ona xəbər verməyincə və atam sizin haqqınızda hökm verməyincə bir kəlmə də sizinlə danışmayacağam. Allaha and olsun, bütün namazlarımda sizə nifrin edirəm."
Fatimeyi-Zəhranın (s.ə) <<Fədək>>haqqında son sözü
Artıq Fatimeyi Zəhra (s.ə) "Fədəyi" yaddan çıxartmışdı və onun barəsində heç nə danışmırdı. Bir nəfər qadın Fatimeyi Zəhranın (s.ə) iyadətinə gəldi. O, Fatimənin (s.ə) düşmənlərini istəyənlərdən biri idi. Həzrət Fatimə (s.ə) üzünü ona tutub Fədək haqqında son sözünü belə buyurdu:
Peyğəmbər (s) dünyadan gedən kimi, Əbubəkr və Ömər həyasızcasına Fədəyi qəsb etdilər. Fədək Allah-təalanın Peyğəmbərə verdiyi hədiyyə idi ki, Peyğəmbərin (s) və mənim nəslimdən olanların ehtiyacını ödəmək üçün onu mənə bağışlamışdı. Bunu Allah bilir və Cəbrail şahiddir. İndi əgər mənim çörəyimi zorla əlimdən alıblarsa və bu az gəliri mənə çox biliblərsə, mən Qiyamət günündə Allaha dərgahına yaxınlaşmaq üçün bu zülmə səbr etməyə mötəqidəm. Fədəyin gəlirini zor və zülmlə yeyənlər isə, onu Cəhənnəmin şölələri arasındakı qaynar su kimi görəcəklər.
Fatimeti-Zəhranın (s.ə) dəfn mərasimində iştirak etmək
Fədəyi qəsb edənlər öz məqsədlərinə çatmaq üçün axırıncı möhlətləri, Həzrət Zəhranın (s.ə) dəfnindən qabaq idi. Onlar öz cinayətlərini ört-bastır etmək üçün qərara aldılar ki, nəyin bahasına olursa olsun, gərək həzrət Zəhranın (s.ə) dəfn mərasimində iştirak etsinlər. Bəli, zahiri əzadarlıqla öz cinayətlərini ört-bastır etmək istəyirdilər!!!
Mənbə: "Fatimə Zəhra (s.ə) xütbəsi" kitabı
t.me/islam_goranboy/ instagram.com/goranboy_mescidi/ instagram.com/azerbaycan_arif/ Savabına paylaşaq!
...t.me/islam_goranboy/ instagram.com/goranboy_mescidi/ instagram.com/azerbaycan_arif/ Savabına paylaşaq!
...t.me/islam_goranboy/ instagram.com/goranboy_mescidi/ instagram.com/azerbaycan_arif/ Savabına paylaşaq!
...Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев