''İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə salma, sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir, məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et.
Duamı qəbul et, ey aləmlərin Rəbbi."
bu duanı oxuyannan sora 100 dəfə salavat de
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 2