Sevgı,
yaxınlıq deyil,
Yaxın-yaxın uzaqlıqdı.
Sevgi,
qovuşmaq deyil,
Qovuşmadan ayrılıqdı.
Gecələri sevmək
Səhərə darıxmaqdı sevgi.
Yeyə-yeyə,
içə-içə,
Sınıxmaqdı sevgi.
Sevgi,
günah işlətmədən tutulmaq,
Cəzası,
bir ömür çəkilən cinayətdir.
Sevgi azadlıqda
məhkum olmaq,
Sevgi dünyaya gəlməkçün siyasətdir,
Özünü itirərkən,
hər şeyi,
tapmaqdı sevgi.
Birini düşünərkən-
Hamını,
unutmaqdı sevgi.
Sevgi,
kiçik adamları-
Şəkillərdə böyütməkdir.
Sevgi,
böyük ürəkləri,
Bağlı qapı arxasında çürütməkdir.
Alnında yeri boş qalan adı
Ürəyə yazmaqdı sevgi.
Tanımadığın yerdə,
dünya qurmaq,
Tanıdığın küçədə azmaqdı sevgi.
Sevgi təkliyə sığınmaqdı,
Sevgi,
vaxtı uduzmaqdı.
Sevgi,
yalnızlığa üsyandı
Sevgi sükutu pozmaqdı...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2