Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik. Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram. Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi. Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni elədi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”
Qeyd edək ki, bu oyunda millimiz güclü rəqibinə 1:3 hesabı ilə uduzub.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев