Onlar kimdir?
Qarabağdan danışarkən onların özünəməxsus və kədərli keçmişlərini qeyd etməmək mümkün deyil. "Qarabağ"ın əsası Qarabağda, zəngin tarixə malik Ağdam şəhərində qoyulub . Sovet dönəmində Azərbaycan çempionatında oynayırdı. İmperiyanın dağılmasından sonra onlar 1993-cü ildə Azərbaycan çempionu oldular, ancaq eyni zamanda bölgədə dəhşətli etnik münaqişə də baş verdi. Erməni qoşunları Ağdamı işğal edir, stadion da daxil olmaqla bütün şəhəri dağıdır, müharibə cinayətləri törədir. Yerli azərbaycanlı əhali məcburiyyət qarşısında qalaraq ölkənin digər bölgələrinə köç etməli olur. Ağdam hazırda dünyanın ən böyük xarabalığı və kabus şəhəridir və hələ də orada heç kim yaşamır. Komanda Bakıda oynadığı müddətdə də öz adını saxlayır, onlar hələ də Qarabağ bölgəsini təmsil edirlər və 20 ildən sonra belə bir gün geriyə qayıdacaqlarının şövqü ilə yaşayırlar. Meydandakı uğurları, xüsusilə 2014 və 2015-də Azərbaycan çempionu olmaları və Avropada fenomenal uğurlar qazanmaları onlar üçün böyük qürur mənbəyidir. Oyunçular və tərəfdarlar Avropa klubları ilə qarşılaşarkən bir savaş abu-havasına köklənirlər, sanki onlar öz vətənləri uğrunda döyüşürlər. Bu, xüsusilə yarımmüdafiəçi Qara Qarayev üçün keçərlidir. O, 1992-ci ildə Füzuli şəhərində doğulub və onun ailəsi də müharibə səbəbindən öz yurdlarını tərk etmək məcburiyyətində qalıb. "Qarabağ"ın uğurları, millinin keçmiş hücumçusu Qurban Qurbanovun məşqçi postuna keçməsindən sonra başlayıb. O, millidə 67 oyun keçirib və Azərbaycanda taktiki dahi olaraq qəbul olunur. Onun sadəcə 43 yaşı var, ancaq 2008-ci ildən bəri "Qarabağ"ın baş məşqçisidir. 2009-da "Rusenburq" və 2010-da "Visla" Krakovu məğlub etdikdən sonra onlar, “Tvente”ni rəqib meydanında vurduqları bir qolla məğlub edərək nəhayət ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana bildilər. “Sent Etyen”lə iki dəfə heç-heçə etməklə, “Dnepr”i Ukraynada məğlub etməklə mətbuatın diqqətini öz üzərinə çəkməyi bacardılar. Son oyunda onlar İtaliya "İnter"i ilə qarşılaşdılar. Matçdan öncə bilirdilər ki, qalib gəlməklə 1/16 finala çıxaracaqlar. Ancaq tamamilə haqlı olan qol sayılmadı və sirli şəkildə qrup mərhələsində qaldılar. 0-0 hesabı “Dnepr”ə növbəti mərhələyə keçməyə imkan verdi və onları “azərilər”in yerini tutdular. Daha sonra ukraynalılar finala qədər irəlilədi. Bu mövsüm Qurbanovun ordusu ÇL-ə çıxmaq xəyalları qururdu, ancaq onlar “Seltik”ə cəmi bir topla məğlub oldular, daha sonra “Yanq Boyz”u iki oyunda 4-0 məğlub edərək sübut etdilər. Bununla da "Qarabağ" keçən mövsümdəki uğurlarının heç də təsadüfi olmadığını sübuta yetirdi. "Qarabağ" Avropa standartlarına uyğun komandadır və onlar misilsiz təcrübə sahibdir. Bu mövsüm püşkün nəticələri onlarçün heç də uğurlu olmadı - “Monako”, “Anderlext” və “Tottenhem”lə eyni qrupa düşüblər və bu qrup onlar üçün çox çətindir. Ancaq "Qarabağ"a dırnaqarası baxmaq düzgün deyil, onlar istənilən rəqibə çox ciddi başağrısı ola biləcək bir komandadır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев