1- 4 qızıl məşq
Squat, deadlift, bench press və turnik. Məşq proqramınızda bu hərəkətlərdən şübhəsiz ikisi olsun. Bunlar bədənin ən böyük əzələ qruplarını işlədən hərəkətlərdir. Unutmayın, məşqdə nə qədər çox əzələni işlətsəniz, məşq sonrasında o qədər çox testosteron ifraz edərsiniz. Testosteron hormonu da əzələli olmağın ən böyük köməkçisidir.
2- Şişirtməyin
Hər məşqdə cəmi 4 ya da 5 fərqli məşq edin. Əgər bir məşqdə həddindən çox məşq etsəniz, son sıradakı məşqlərdə performansınızın düşməsinə maneə törədə bilməzsiniz. Tək ehtiyacınız olan qızıl dördlükdən seçəcəyiniz bir məşqdən sonra eyni əzələ qrupunu işlədən iki hərəkət daha etməkdir.
Eyni şəkildə bir başqa əzələ qrupunu da işlətdikdən sonra işinizi məqsədinizə görə qarın məşqləriylə ya da kalf (baldır) əzələlərinizi işlədərək bitirə bilərsiniz.
3- Əvvəl barbell
Məşqə başlamaq üçün halterlə edilən məşqlərdən daha yaxşısı yoxdur. Məşqlərinizə qızıl dördlük başda olmaq üzrə halter ilə edilən məşqlərlə başlayın. Gücü artırmağın ən asan yolu, yüksək ağırlıqlar qaldırmaqdır və halterlə edilən məşqlər bunun üçün idealdır. Halterlə işiniz bitdikdən sonra dumbbellarla ya da bədən ağırlığınızla etdiyiniz məşqlərə dönə bilərsiniz.
4- Sadə düşünün
Bəziləri ağırlıq işlərinə ağırlığı yuxarı qaldırma və aşağı endirmə müddətini də əlavə edirlər. Ağırlıq məşqlərində saymağınız lazım olan tək şey təkrar ədədləridir, gerisini boş verin. Ağırlıqları endirərkən də qaldırarkən də, idarəni itirməməyə çalışın və hərəkətin ən üst nöqtəsində bir saniyə dayanın yetər. Əzələlərinizi böyütməniz üçün ehtiyacınız olan tək şey ağırlıqları qaldırmaqdır.
5- 5 rəqəmi
Məşqlərinizdə təkrar ədədləri tez-tez dəyişdirməkdə fayda var ancaq set sayı üçün eyni şey etibarlı deyil. Gücünüzü artırmaq və əzələlərinizi böyütmək üçün ideal set sayı beşdir. Əgər qızıl dördlükdə olan məşqlərdən birini edirsinizsə, onsuz da 5-ci setdən sonra performansınızın düşdüyünü görərsiniz.
6- Ağırlıqları yavaş-yavaş artırın
İnsanların əzələlərini müəyyən bir nöqtədən sonra inkişaf etdirə bilməməsinin ən əhəmiyyətli səbəbi ağırlıqları tez artırmaq işləridir. Hərəkəti son təkrara qədər düz bir şəkildə edə biləcəyiniz ağırlıqları istifadə edin. Ağırlıqların miqdarını bir əvvəl qaldırdığınız ağırlığın 10%-indən çox artırmayın.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2
Deymez Borcumuzdu
INSALLAH