🏡 Ailə məsuliyyəti ictimai bir vəzifədir
Ailə işlərinin idarə olunması bərabərliyə riayət edərək ictimai ağıla sahib olmaq, mehr-məhəbbət, mehribanlıq, elm və siyasət tələb edir.
Kişi müxtəlif mənzil problemlərini düzgün uslubla, xoş əxlaqla həll etməlidir. O özünü özbaşınaçılıqdan qoruyaraq həmişə öz gözəl rəftarı ilə ailə mühitin də isti münasibəti qorumalıdır. Bu mühüm vəzifəni yerinə yetirmək ailə üzvlərinin mənəvi bağlılığını möhkəmlədəcəkdir. Qurani-Kərim də bu barədə buyurulur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).¹
Ailə məsuliyyəti ictimai bir vəzifədir. Ailəni qurmaqla bərabər insanın özünü düzəltməsi, saflaşdırması, özünə nəzarət etməsi lazımdır ki, ziyankarlardan olmasın.
📚 [1] Təhrim surəsi 6-cı ayə.
•Ayətullah Məzahiri
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1