Bu gün, fevralın 27-də, qəməri təqvimi ilə Rəcəb ayının 3-ü, müsəlmanların 10-cu imamı Әliyyən-Nəqinin (ə) şəhadət günüdür.
Elyurd-ın məlumatına görə, imam 212-ci hicri-qəməri ilində Zilhəccə ayının 15-i Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəlib. Atası imam Cavad (ə), anası isə Səmanə xanım olub. Həzrət (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamlıq məqamına çatıb və 34 il ərzində müsəlmanlara rəhbərlik edib. İmam Әliyyən-Nəqinin (ə) məşhur ləqəblərindən biri də Hadidir.
Abbasi xəlifələri imamdan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Nəhayət, Mütəvəkkil imamı Mədinədən Samirəyə gətirdi və imam ömrünün sonuna qədər orada qaldı.
İmam Hadi (ə) hicrətin 254-cü ilində zəhərlənərək şəhid edilib. Mübarək məzarı İraqın Samirə şəhərində yerləşir.
Bu hüznlü gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk. http://elyurd.com/imam-hadi/
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5