Ən gözəl hekayəni yazan uşağa bir cüt ayaqqabı veriləcəkdi. Şagirdlər yazını yazıb, kağızları müəllimə verirlər. Müəllim hekayələri oxuyur. Hansının daha gözəl olduğuna qərar verə bilmir. Qərarı səs vermə ilə yoluna qoymaq istəyir. Hər şagird adını yazıb ayaqqabının içinə atır. Adlar qarışdırıldıqdan sonra müəllim birini götürür. Müəllim yüksək səslə "Ayşə " - deyib oxuyanda sinifdə gurultulu alqışlar qopur. Ayaqqabını Ayşə qazanır. Ayşə ayaqqabısına sarılıb sevincdən ağlayır.
Evə gedəndə müəllim hadisəni ağlayaraq həyat yoldaşına danışır. Yoldaşı da: "Bax , nə gözəl həll yolunu tapmısan, daha niyə ağlayırsan?" - soruşur.
Müəllim : "Heç bir uşaq öz adını yazmamışdı . Hər biri sinifdə maddi imkanı az olan Ayşənin adını yazmışdı. Ayaqqabını onun qazanmağını istədilər" - deyir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев