İslamda bu barədə nə
deyilir? Xına ilə bədənə nəsə çəkmək olar? Bədəndə
tatuirovka və hansısa şəkil olduğu halda, dəstəmaz
almaq və qüsl etmək olar? Deyilənə görə bədənində
nakolka olanın dəstəmazı və qüslü qəbul olunmur.
Bu nə dərəcədə düzdür?
Cavab: Döymə döydürmək1 adətən aşağıdakı kimi
həyata keçirilir:
Dərini iynənin ucu ilə cızıb qanadırlar, sonra həmin
hissəyə sürtülən boyanı dərinin altına keçirir və
bunu elə edirlər ki, o rəng bir də çıxmır.
Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu cür nakolka
vurana və vurdurana lənət edib.
Nakolka (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə,
nakolkanın özü də bədənin bir hissəsinə çevrilir.
Nakolka məsələsində bu məqama xüsusilə fikir
vermək lazımdır: Nakolka vurdurmaq və vurmaq
yuxarıda da qeyd edildiyi kimi, peyğəmbərimiz
tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək,
nakolka vurmaq və vurdurmaq dini cəhətdən düzgün
deyil, qadağandır. Ancaq nakolkanın özü dəstəmaz
və qüslə mane olmur. Çünki o, dərinin üstündə deyil,
altında yerləşir və bədənin bir hissəsi halına gəlir.
Xına (henna) bədəndə qalıcı iz qoymur. Yuyulduqca
təmizlənir. Amma xına ilə bədənə şəkil çəkdirmək
və ya nəsə bir yazı yazdırmaq (oğlanın sevdiyi qızın,
yaxud bir musiqiçinin şəklini çəkdirmək, bir
komandanın bayrağını əks etdirmək və yaxud siyasi
bir mövqeyi ifadə etmək məqsədilə müxtəlif şüar və
yazılar yazdırmaq kimi) da estetik və başqa cür
görünmək məqsədi güdən bir hərəkətdir. Nəzərə
almaq lazımdır ki, bu cür şeylər gözəl görünmək
məqsədi daşıyır; eyni zamanda da insanın
yaradıldığı forma və surəti dəyişdirməyə xidmət
edir. Bu isə yolverilməzdir.
Nakolka vurdurmağı qadağan edən hədis belədir:
“Peyğəmbər faiz yeyəni (alanı), yedirdəni (verəni),
ona şahidlik edənləri, onu yazıb qeyd edəni, döymə
döyəni, qəşəngləşmək üçün döymə döydürəni,
sədəqəyə mane olanı, xullə2 edəni və xullə etdirmək
istəyəni lənətlədi”.3
QEYD: Bəzən deyirlər ki, müasir texnologiya
sayəsində insanın bədəninə zərər vurmadan, xəsarət
yetirmədən, hətta tamamilə ağrısız-acısız, gigiyena
şərtlərinə rəayət etməklə nakolka vurmaq
mümkündür. Düzdür, bu praktiki olaraq mümkündür.
Biz də bilirik ki, bəzi ölkələrdə nakolka işi ilə
məşğul olanlara lisenziya verilir, vergi tələb olunur.
Onların qarşısında əgər təhlükəli bir hal baş verərsə,
müştərilərə ilk tibbi yardım etmək üçün lazımi tibbi
avadanlıqları həmişə hazır saxlamaq şərti də kəsilir.
Qısa desək, bu iş ayrı bir xidmət sektoruna çevrilib.
Bütün bunlara baxmayaraq İslam dinində nakolka
vurmaq və vurdurmağa pis baxılır, bu qəti surətdə
qadağandır. Bu barədə nəss var, yəni, peyğəmbər
hədisi var. Bir sözlə, nakolka caiz deyil.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4