Предыдущая публикация
1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir.
O, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30-da təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. Mübariz İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.
Tarix Mübariz kimi mərd oğulların şücaətini heç vaxt unutmayacaq. Şəhid olan bütün mübarizlərin ruhu bu gün şaddır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2