İmam Sadiq (ə.s) bu suala cavab verir:
... Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiq əliyhissəlam): buyurdu:
"Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!..." ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: "Bu ayə Əli b. Əbu Talib, Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur." Dedim ki: "Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?"
İmam (ə) buyurdu ki: "Bunu soruşanlara deyin ki: "Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi.
Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi.
Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı..."
"Üsuli-kafi", 1/286-87, hədis
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3