Ölüm-fani olmaq deyil
Vəhabilər deyir: “Allah yanında məqamı olan ölüb getmiş insanlara təvəssül etmək və onlardan istək diləmək düzgün deyil”. Onlar bə’zən Məhəmmməd ibn Əbdülvəhhabın bu fikrinə əsaslanırlar: “Ölülərə təvəssül etmək puça müraciət etməkdir və əqli baxımdan pis işdir. Çünki ölü, dirilərin istəyini yerinə yetirməyə qadir deyil”. Bə’zən isə İbn Teymiyyənin fikrini əsas götürürlər: “Təvəssül şirkdir”. O, (“Minhacüs-sünnə”-birinci hissə- səh. 11-də) belə yazır: “Sübutumuz bu ayədir: “Sizin Ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə, sahib deyillər. Əgər siz onları çağırsanız, bu çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar. Heç kim sənə hər şeydən xəbərdar olan kimi xəbər verə bilməz
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев