Adi fermer olan Paxom daha zəngin həyat arzusundadır. Eşidəndə ki, hardasa uzaqlarda səxavətli bir sahibkar pulsuz torpaq verir, gedib ondan daha çox torpaq istəyir. Doğrudan da, bu sahibkar hər kəsə istədiyi qədər torpaq verən səxavətli insandır.
O, Paxoma deyir: “Gündoğandan başlayıb günbatana qədər gedib qayıdacağın bütün yerlər sənindir, amma günəş batmamışdan əvvəl başladığın yerə qayıtmalısan. Əks halda heç nə almayacaqsan".
Paxom günəşin doğuşu ilə yeriməyə başlayır. Tarlaları, üzüm bağlarını, çölləri keçir. Bu bağı da götürüm, o çəməni də götürüm deyərək gedir, birdən baxır ki, günəşin batmağına az qalıb. Geriyə doğru qaçır, qaçır, amma günbatanadək başladığı yerə qayıtmağa gücü çatmır.
Zəif addımlarla yeriməyə davam etdikcə Paxomun burnundan qan axmağa başlayır. Başladığı nöqtəyə yaxınlaşanda yıxılır və bir daha ayağa qalxa bilmir...
Sahibkar baş verənlərə baxır. Onun dəfələrlə şahidi olduğu hadisə yenidən baş vermişdi. Adamlarına qəbir qazdırır. Paxomu bu qəbirdə dəfn edirlər. O, Paxomun qəbrinin yanında dayanıb deyir: “Bu qədər torpaq bir nəfərə kifayət edir!”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1