Diqqət, İbrətli.
'Şəhid olacağını hiss edən Seyyid'
Seyyid Şəhid Nəvvab Səfəvi.
"Xanım Fatimə Nəvvab, şəhid Nəvvab Səfəvinin qızı atasının şəhadət gecəsi barəsində belə deyir:
O gecə Nəvvabın həbsdə saxlandığı kameradan qəfil gözəl Quran səsi ucaldı.
Onun Quran qiraəti o qədər gözəl idi ki, sanki bütün zərrələr onunla birgə oxuyurdu.
Bir müddət sonra zindan nəzarətçisi qapını açdı və onu şəhadətə dəvət etdi.
Nəvvab bu xəbəri eşitdikdən sonra gülər üzlə, möhkəm addımllarla çölə çıxdı.
Onun digər səfər yoldaşları da çağırıldı.
Nəvvab öncə ruhani libasını istədi, çünki həmin libasda şəhid olmaq istəyirdi.
Daha sonra şəhadət qüslü üçün isti su istədi və zindan nəzarətçisinə dedi:
suyu qızdırın çünki soyuq su bizim üzümüzün rəngini alacaq və düşmən elə təsəvvür edəcək ki, biz ölümdən qorxuruq.
Daha sonra iki rəkət şükür namazı qıldı və səfər yoldaşları ilə qucaqlaşdı və bir-biriləri ilə vidalaşdılar.
Daha sonra möhkəm addımlarla eşq qurbangahına doğru addımladı.
Dostları güllələnmə məkanına, edam ağacına çatırlar və onları ağaca bağlayırlar.
Nəvvab deyir:
Gözlərimizi bağlamayın, çünki istəyirik ki, hədəfimiz yolunda canımız bahasına aldığımız güllələri baxışlarımızla qarşılayaq.
Daha sonra uyğun məkanda hazır olan hərbiçilər və məsul şəxslərə qısa bir çıxış edir. Əsgərlərə nəsihət edir və onlara tövsiyə edir ki, Allahın əsgəri olsunlar.
Həyatlarının son anlarında həkim onların ürəyini müayinə edir.
Qəlblər aramdır, qeyb aləmindən qaynaqlanan bir təbəssüm onların üzlərini daha da gözəlləşdirir.
Vəd olunmuş an çatır.
Dostlar birlikdə azan verməyə başlayırlar ki, onlardan hansının daha tez sönəcəyi məlum olsun.
Eşq azanı haqqın təkliyinə və Allah Rəsulunun (s) risalətinə şəhadətdən keçir və Əmirəl-Mömininin (ə) vilayətinin şəhadətinə çatır.
Qəfil atəş əmri verilir...
Və onların aşıq qəlbləri cəhalət və zülm gülləsinə tuş gəlir!"
İlahi mərifət...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев