hissiz bir günümdəyəm
istəmirəm hər şeyi
istəyirəm heç nəyi.
nə görmək istəyirəm, nə də kor olmağ
nə eşitmək istəyirəm, nə də kar olmağ
nə danışmağ istəyirəm, nə də lal olmağ
nə getmək istəyirəm əslində, nə də qalmağ.
istəmirəm içimdə fikirlər düşünmək
hissləri müzakirə etmək
istəmirəm fikir vermək
istəmirəm fikir almaq.
nə istəmirəm yazmamağ, nə də hər şeyi yazmağ
nə istəmirəm bilmirəm, nə də istəmirəm bilməy
istəyirəm bəlkə də
amma izn vermir heçliyim.
səbəbli ya səbəbsiz kədərim
batıram boşluğumda, nə istəkli nə də boşuna.
gecə vurur başıma
darıxıram məzar daşıma...
qələm adlı yoldaşıma bir-iki cümlə deyirəm
qeyd etməkdənsə yaddaşıma.
qəm var, qəmxar yox
ürək var, sevinc yox
sevgi var, yar yox
göz var, yaş yox
həyat var, yaşayış yox.)
içki var, sən yox
əslində
nə mən var, nə də mən yox.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8
dözə bilmirəm, gah dözürəm gah da bilmirəm.)