Hər həftə birimiz yumağa aparırdıq. Sinifin əlaçıları ön sırada oturardı. Lövhəni həmişə boyu uca olan silirdi. Dəftərlərimizi, kitablarımızı özümüz üzləyərdik. Sinif otağımızı spiral peçlə isidirdik. Divar qəzeti gələcəyimizə baxardı. Ayın tarixini təbaşirlə lövhəyə yazardıq. Bayramları sinifdə keçirirdik. Məktəbə Ələkbər əmi, Arif Quliyev gələndə sevinirdik. Tumurcuq qəzetimiz var idi. Hələ 8 marta anamıza şeir yazıb, açıqca düzəldirdik. Yeni ildə evimizi əmək dərsində rəngli kağızdan düzəltdiyimiz oyuncaqlarla bəzəyirdik. Ən gözəl sevgilər uzun tənəffüsdə yaranırdı. Xatirə dəftərlərinin 13-cü sualı hamını girinc eləmişdi. Hamının sevgisi, nifrəti, dünya görüşü o dəftərdə idi. İki sinif birləşəndə Oğuz elinin ərənləri bütün potensialını, ibtidai hisslərini ixtiyarsız olaraq ortaya qoyurdu. O vaxt bənövşə bəndə düşürdü. Onda çatdırdı 1, dəydi 2, mindi 3 idi. Samokatımızı özümüz düzəldirdik, yeddi şüşəyə görə dərslərimizi tez edirdik. Məktəb bağlananda siniflə bulvara gedirdik. Bizə evdən ən çox pulu həmin günü verirdilər. Minti, Turbo, Love is saqqızı çeynəyib Allaha şükür edirdik. Hələ qır çeynəyən vaxtımız da olub. Şüşə butulka yığıb “zdavat” eləyirdik, binanın arxasındakı qonşuların bağından xəbərsiz meyvə yığıb, bazarda dəyər dəyməzinə satıb baseynə gedirdik. Düyməyəbənzər metro jetonumuz var idi. Çox vaxt avtobusa bir nizami verməyə əlimiz gəlmirdi, arxa qapıdan düşüb qaçırdıq. Video kasetlərimiz, Palaroid fotoaparatımız, fənərli maqnitofonumuz var idi. İndi binamızın qarşısında həmin iydə ağacları, yelləncəklər yoxdur.
İndi heç bir uşağın top iynəsi, nasosu yoxdur.
#Admin
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5