Gecən xeyirli, Dilemma Bütün lənət gecələrdə tənhalığın sərxoş nəğməsini gecəquşunun dilindən bəlkə də milyon dəfə dinlədim.. sözlərini anlamadım. Kim gecəquşunun dilini bilir ki? Görəsən niyə israrla gün çıxana kimi öz nəğməsini oxuyur? Günəşi görəndə dərdlərini unudub heç nə olmamış səhər tündündən bir çay dəmləyib içinə bolluca kəklikotu qarışdıran o qadını deyirəm... Həyatın döydüyü, yaraladığı, hamıdan uzaq saldığı qadın... İri fincanındakı çayın ətrini ciyər dolusu qoxlayıb, gözlərini yumub " bütün yaşananlar imtahandır" deməyi bacaran qadını deyirəm... Hər gün yükünü ağırlaşdırıb arxasıyca sürüdükcə ayaqlarını taqətdən salan o qadını deyirəm... Ürəyindəki nisgillə bu boyda kainata gülümsəməyə çalışan o qadını deyirəm... Yerə, göyə bütün canlı -cansız aləmə sevgisini sığdıran... ...axı hansı lənətə gəlmiş deyib ki, həyat mübarizədir? Həyat elə həyatdır axı.. yaşanılası, ağlanası, gülünəsi, yeri gələndə qəhqəhə ilə ətrafa sevinc bəxş ediləsi...
Geceler negmesini bilmek zeka hissilerinin gozle gorub ve dinlemek bir nagildir her bir kesin nagili muxtelifdir ve mocuzelidir bunu her kes anlamir anlamaq ucun ya tebiyet wairi olmaq ya da sevki wairi olmaq lazimdir Yazdiginiz baglayici cumlenize super deyirem
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 8
gecən qud, şəxsi heyət.
Bütün lənət gecələrdə tənhalığın sərxoş nəğməsini gecəquşunun dilindən bəlkə də milyon dəfə dinlədim..
sözlərini anlamadım.
Kim gecəquşunun dilini bilir ki?
Görəsən niyə israrla gün çıxana kimi öz nəğməsini oxuyur?
Günəşi görəndə dərdlərini unudub heç nə olmamış səhər tündündən bir çay dəmləyib içinə bolluca kəklikotu qarışdıran o qadını deyirəm...
Həyatın döydüyü, yaraladığı, hamıdan uzaq saldığı qadın...
İri fincanındakı çayın ətrini ciyər dolusu qoxlayıb, gözlərini yumub " bütün yaşananlar imtahandır" deməyi bacaran qadını deyirəm...
Hər gün yükünü ağırlaşdırıb arxasıyca sürüdükcə ayaqlarını taqətdən salan o qadını deyirəm...
Ürəyindəki nisgillə bu boyda kainata gülümsəməyə çalışan o qadını deyirəm... Yerə, göyə bütün canlı -cansız aləmə sevgisini sığdıran...
...axı hansı lənətə gəlmiş deyib ki, həyat mübarizədir? Həyat elə həyatdır axı.. yaşanılası, ağlanası, gülünəsi, yeri gələndə qəhqəhə ilə ətrafa sevinc bəxş ediləsi...
ya bı həyat bir oyun, ya bizə oynadılar.)
xoş görürəm, xanımzadə.
Mahnı ucun sağolum
Naytınız da xeyirli olsun.
Sabahiniz da ondan olsun DILLEMA xanim...