Предыдущая публикация
Üzümdən gülüşü silməmişəm ki,
Ağrının üzünə güldüyüm kimi,
Bir dəfə ürəkdən gülməmişəm ki.
Ruhum əllərini üzübdü məndən,
Özümü birtəhər sürüyürəm mən.
Ürəyim üşüyür qəmin içində,
Onu ovcum ilə bürüyürəm mən.
Ağrıma, acıma yaxın duran yox,
Bəxtim də yolunu azıbdır artıq.
Beləcə danışa-gülə gedirəm,
Tanrım yazdığını yazıbdır artıq....✍️🦋
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 7