"
.
- 1930-cu illərdə Fransa'nın paytaxtı Paris şəhərində, məşhur Sena çayının sahilində kimliyi məlum olmayan bir qız cəsədi tapılır. Araşdırmalar sonrasında qızın 16, 17 və ya 18 yaşında olduğu və intihar etdiyi məlum olur. Morq həkimi bu sirli qızın gözəlliyindən çox təsirlənir və arı mumundan qızın üzünün qəlibini hazırlayır. Qıza "Sena" adı verilir və Paris'də kimsəsizlər məzarlığında dəfn edilir.
.
- "Sena'nın" üz qəlibini evinin salonuna asan həkimə baş çəkməyə gələn dostları, qohumları qızın üzündəki ifadədən çox təsirlənirlər. Qəribə bir rahatlıq və itmiş bir xoşbəxtliyə bənzətdikləri üzdəki ifadə Paris'də dildən dilə gəzir. Bu barədə eşidən oyuncaq yaradıcısı Asmund Laerdal 1940-cı ildə qızın üzünü kopyalayır və bir çox oyuncaqlarda o, qızın üzündən istifadə edir. Adını "Annie" qoyduğu və "Senan'nn" üzünə sahib olan oyuncaq uşaq həmin il Avropada ən çox satılan oyuncaq olur.
.
- 1958-ci ildə Amerikalı Dr. Peter Safar - suda boğulma zamanı ağızdan edilən süni tənəffüsü kəşf edir və bunu insanlara öyrətmək üçün, oyuncaq yaradıcısı olan "Asmund Laerdal'dan" 500 ədəd həqiqi insan böyüklüyündə "Annie" oyuncağı sifariş edir. Amma bunu lazımsız sayan Amerika höküməti oyuncaqları almaqdan imtina edir və oyuncaqlar əldə qalır. Bundan sonra oyuncaq şirkətinin sahibi "Asmund Laerdal" Norveç hökuməti ilə razılaşır oyuncaqları ora göndərir.
- Bu tarixdən sonra zamanla bütün dünyada süni tənəffüs dərsləri üçün eyni model cansız manikenlərdən istifadə edilməyə başlanılır. Və hamısının üzü Paris'li "Senan'ın" üzü olur. Bir çayda həyatına son verən "Sena'nın", həyata sirrli vidasının təbəssümlü dodaqalarında milyonlarla insanın həyatını qurtaran öpücük gizlənir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев