" söylədin, ayrılaq daha,
Bu sözlər qarğışmı, həsrətmi, qəmmi?
Sənsiz ömür qurub xoşbəxt olmağa,
Dünyaya yenidən gələcəyəmmi?
"Xoşbəxt ol!" səsindir qulaqlarımda
Addım səslərin də bunu deyirdi.
Sən çıxıb gedirdin,ayağın altda,
Xoşbəxtlik tapdağın olacaq indi!
Həsrət yolları ölüm olsada,
Yoluma o yoldan başayacağam.
Sənsizlik acısı zülm olsada ,
Səni unutmağa çalışacağam.
Eşqimi üşüdüb həsrət qarında,
Bu donmuş sevgimdə alışacağam.
Talanmış sevgimin ahl zarında,
Səni unutmağa calışacağam.
Sənsiz yaşamağa qüvvə toplayıb,
Sənsizlik ünvanı daşıyacağam.
İlahi sevgini göyə sovurub,
Səni unutmağa çalışacağam
Deyirsən ayrılaq bitsin bu sevgi
Ayrılsaq sevgimiz yetim qalacaq
Gözümün nuru dərdimin əlacı
Ayrılsaq sevgimiz yetim qalacaq.
Mənsiz kim saçına düzər çiçək
Məni tək görənlər mənə güləcək.
Küçəyə atılan körpə uşaq tək,
Ayrılsaq sevgimiz yetim qalacaq
Qəlbimdə əbədi salmısan saray,
Nə qalacaq bu sevgidən bizə pay.
Deyən olmayacaqdır birde lay-lay,
Ayrılsaq sevgimiz yetim qalacaq.
Anarın qisməti əzəldən nakam,
Bu sevgidən biz almadıqki ilham,
Bir yaşı yenicə olmuşdur tamam,
Ayrılsaq sevgimiz yetim qalacaq,
Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.
Həyat çox sıxacaq səni özündə,
Dünya qaralacaq mənsiz gözündə,
Günahı görəndə özün özündə,
Sanma qəlbin buna susan olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə, nə mənə asan olacaq.
Bu gün ayrılırıq sevə-sevə biz,
Yolumuz ayrılır suçsuz-səbəbsiz.
Söylə yaşayarmı sevən-sevənsiz?
Bu nə ilk olacaq,nə son olacaq.
Sən elə bilmə ki, bu cür ayrılıq,
Nə sənə,nə mənə asan olacaq!!!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев