Ötən əsrin 20 - ci illəri.
Azərbaycanda Avropa tipli müasir musiqinin əsasını qoyan və Şərqin ilk operasını yaradan dahi Üzeyir Hacıbəyov Məleykə xanımla 1910 - cu ildə ailə həyatı qurub. Evləndikdən bir neçə il sonra Məleykə xanımın sağlamlığında ciddi problemlər yaranıb. Səhhətində yaranan bu problemlərə - qadın xəstəliyinə görə onların övladları olmayıb. Hətta bu xəstəlik ucbatından Məleykə xanım, uzun müddət pedaqoji fəaliyyətinə ara verməli olub, müəllim işləməyi dayandırıb. Səhhətində yaranmış ciddi xəstəlik səbəbindən Məleykə Terequlova uzun müddət müalicə almağa məcbur olub. Bu barədə Məleykə xanımla bağlı arxiv materiallarında xeyli qeydlər var...
Deyilənlərə görə, Məleykə xanım həyat yoldaşı Üzeyir bəyə başqa qadınla evlənib övlad sahibi olmağı təklif etsə də, təklif bəstəkar tərəfindən qəbul edilməyib. Hətta Üzeyir bəy Məleykə xanıma onun ağzından bir daha belə sözlər eşitmək istəmədiyini söyləyib, ondan bu fikri unutmağını, ailədə bu haqda narazılıq salmamasını istəyib...
Az bilinən fakt: 1966 - cı ildə Məleykə xanım Terequlova dünyasını dəyişib. O dövrün rəhbərliyi tərəfindən məsləhət görülüb ki, bu ziyalı xanım da ömür gün yoldaşı Üzeyir Hacıbəyovun yanında - Birinci Fəxri Xiyabanda dəfn olunsun. Və tapşırığa əsasən, Məleykə xanımı da Fəxri Xiyabanda, həyat yoldaşı Üzeyir Hacıbəyovun yanında dəfn edirlər...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев