Tamaşa başa çatdıqdan sonra səhnəyə 15 yaşlı qız çıxdı. İlk dəfə idi ki, Azərbaycanda səhnəyə çadrasız gənc qız çıxır, royalın köməyi ilə vokal əsər ifa edirdi. Ü.Hacıbəyovun planına görə tamaşadan gələn gəlirlər həmin kasıb qızın - Şövkət Məmmədovanın Madriddə yarımçıq qalmış 3 illik təhsilinə xərclənməli idi. Zalda oturan qoçular ayağa qalxıb tapançalarıyla 15 yaşlı qıza tərəf gəlirlər. Səhnə arxasından isə Hacıbəyovun səsi eşidildi: "Oxumayın, lazım deyil, bura gəlin". Qız ifasını bitirən kimi onu faytona mindirib aradan çıxardılar. Onun təhsil haqqının 8 aylıq xərcini Zeynalabdin Tağıyev ödəmişdi. Tamaşadan yığılan pullar isə nə ona, nə də Hacıbəyova verildi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев