Предыдущая публикация
"Bir gün Mirzə Cəlil ilə məscidə yaxın olan qiraətxanaya gedirdik. Məscidin qabağında bir neçə molla oturmuşdu. Mirzə onların qarşısından keçərkən salam verdi. Mollalar özlərini eşitməzliyə qoyub cavab vermədilər. Hətta biz bir qədər aralandıqdan sonra "lənət kafirə" - deyə Mirzə Cəlilə lənət də oxudular.
Qiraətxanaya çatdıqda Mirzə Cəlil gülə-gülə dedi:
- Mirzə Xosrov, "Ölülər" əsərinə görə mollaların, ruhanilərin məni görməyə gözləri yoxdur. Çünki onlara dağ çəkmişəm..."
Paylaşdı: Məcid Rəşadətoğlu.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев