Gec gələndə qapını döyüb gizlənirdi arxasında, deyirdi utanıram e, bu vaxt evə gələrlər? Deyirdim gec gələn də sənsən, utanan da... Gəl-gəl... Evə girəndən sonrasa olurdu bir başqa Nüsrət. Qapını barmaqları ilə mahnı çala-çala döyürdü, bu onun adəti idi. Nüsrət pilləkənləri çıxanda sevinirdim, ondan narazı qalsaydım, o hisləri keçirə bilməzdim. Axşam qapını açıb içəri girəndən üzü gülərdi, ta səhər işə gedənə qədər. Evdə ən qiymətli əşya sınsaydı, qaşını da turşutmazdı, deməzdi ki, onu alanacan nə qədər əziyyət çəkilib. Həmişə bilmişəm ki, Nüsrət mənə güldən ağır söz deməyəcək, belə rahat yaşamışıq. Gecə neçədə gəlsəydi keçirdi mətbəxə, qazanın ağzın açıb deyirdi ki, bax, mən bu yeməkdən yeməyə gəlmişəm. Bilirdim ki, ziyafətdən gəlib, yeyib-içib, bu vaxta ac adam qalmaz, ancaq onun verdiyi qədir-qiymət o idi ki, mənim bişirdiyim qazan ağzıörtülü qalmırdı. Hərdən o qədər tox olurdu ki, yazıq yeyə də bilmirdi.
Nüsrət əsgərlikdən qayıdanda var olan mən idim, Sevdanı nişanlamışdılar. Düzü, Nüsrətin o xanıma qarşı olan hisləri sevgi kimi yox, ilk məhəbbət ağrısıtək həmişə yaşadı və mən onun hislərinə həmişə hörmətlə yanaşırdım...
Rəhilə Kəsəmənli.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев