Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan şirkətin (TUSAŞ) binası yaxınlığında partlayış, eyni zamanda silahlı hücum baş verib. Hadisə yerinə təcili tibbi yardım qrupu göndərilib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə TUSAŞ-ın qarşısındakı hadisəni "terror hücumu" adlandırıb. Onun sözlərinə görə, partlayış nəticəsində ölən və yaralananlar var: "Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var". Daxili işlər naziri baş verən hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini deyib. O, rəsmi mənbələrə və bəyanatlara istinad etməyi tövsiyə edib. Amma nazir hadisə zamanı ölən və yaralananların sayını açıqlamayıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2