Oktyabrın 15-də təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına aparılan vəkil Qasım Bodi barəsində həbs qərarı çıxarılıb. Təbrizin ikinci cəza məhkəməsi "hökumətə qarşı təbliğat" və "vətəndaşları iğtişaşa sövq etmək" ittihamlarına görə, güneyli vəkilə 5 ay həbs, 8 milyon tümən cərimə cəzası verməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub. Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birgə qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirmişdi. Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanında saxlanılır. Şərqi Azərbaycan Vəkillər Birliyinin dörd üzvü oktyabrın 14-də Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini açıqlamalarından sonra həbs ediliblər. Sina Yusifi, Əmir Mehdipur və Negin Kiyani bir müddət Təbriz həbsxanasında saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi
17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə "Astoria Bakı" otelinin konfrans salonunda "II Bütöv Azərbaycan Forumu" keçirildi. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır. İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı Zahir Əlisoy iştirakçıları salamlayaraq, dəvəti qəbul edib gəldikləri üçün BAO adından təşəkkürünü bildirdi və Forumu açıq elan etdi. Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən və BAO-nun düny
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II Bütöv Azərbaycan Forumu keçiriləcək.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsi
Bu verilişdə Kiyevdən Ukrayna Radasının Hüqüq Komitəsinin əməkdaşı, Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev və Bakıd...
Нет комментариев