Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, asilər Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur; beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb); Sənin əbədi və davamlı salamın olsun peyğəmbərinə;
Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş, sonunu kama çatmaq qərar ver; başlanğıcı qorxu, ortası taqətsizlik, sonu ağrı olan gündən Sənə sığınıram;
Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm; bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, şəxsiyyətinə, malına, ailə-övladına sülm-sitəm qıldığım, qeybətini etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola ya yaxında, sağ ola ya ölmüş - ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər; salam göndər Məhəmməd və onun əhli-beytinə, həmin şəxsləri istədiyin şəkildə məndən razı sal, mənə mərhəmət əta et; bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı; ya Rəbb, hər bazar ertəsi günü mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik, günün sonunda bağışlanma və əfv; ey yeganə məbud; Ondan savayı günahları bağışlayacaq kəs yox!
https://youtu.be/mtKyX1B1778?si=XeZxNOp4HpJ9hpLQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1