*8 NOYABR Azərbaycan təqvimindən 2 apreli, 8-18 mayı, 23 iyulu, 23-31 avqustu, 30 oktyabr kimi qara günləri silən bir bayramdır – ZƏFƏR BAYRAMI…*
*8 noyabr əvəzində bizə 4, 9, 17, 20, 24 oktyabr, 8, 20, 25 noyabr, 1 dekabr kimi milyonları sevindirən, Azərbaycan durduqca unudulmayacaq günləri bəxş edən BAYRAMDIR – ZƏFƏR BAYRAMI!*
*Bu bayramı qeyd etmək uğruna 3000 Azərbaycan övladı öz canından keçdi, onminlərlə Qazimiz düşünmədən sinəsini sipər etdi ki, 30 minə yaxın şəhidin intiqamı alınsın, yüzminlərlə məcburi köçkünün gözü yollardan yığılsın, onminlərlə qazinin yarasına məlhəm olunsun, sinəmizə çəkilən QARABAĞ yanğısına su çilənsin.*
*Bu müqəddəs Zəfər yolunda hər kəs “öldü var, döndü yoxdur” dedi.*
*Hamı savaşdı – hər yer döyüş meydanına çevrildi, kimsə geri durmadı, yorulmadı, bölünmədi, parçalanmadı. Birləşib, tarix yazdıq.*
*Azərbaycanın yeni ZƏFƏR səhifəsi açıldı.*
*Biz mütləq külli-Qarabağa, Azərbaycanımızın hər qarışına Cümhuriyyət mirasımız olan müqəddəs üçrəngli bayrağımızı sancacağıq.*
*Bayramın mübarək, Əziz Xalqım!*
*Qələbən mübarək, Müzəffər Ordum zabit və əsgərlərimiz!*
*Zəfərin daim olsun, Azərbaycan!*
*Var olun, Əziz Qazilərimiz!*
*Ruhun qarşısında baş əyirik, hər biri Qarabağ boyda olan Şəhidim!*
https://youtu.be/mtKyX1B1778?si=XeZxNOp4HpJ9hpLQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3