Bu münasibətlə bütün müsəlmanları təbrik edirik.
Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.
Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasında seçərək, özünə Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Quranda buyurulur:
"Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107).
Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir:
"Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).
Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira mağarasında olarkən ona müqəddəs Quranın ilk ayəsi nazil olmuşdu:
"Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq", 1).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев