Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. İnunun 3-də, cümə günü cəza çəkdiyi Qobustan həbsxanasının rəhbərliyinə aksiya ilə bağlı yazılı bildiriş edərək o, aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işğəncələr fonunda Allahın söyülməsi, təhqirinin dayandığını bildirib. Bütün bunların bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbul edilməz addım olduğunu bildirən T. Bağırzadə işğəncə edilərkən Allahın təhqir olunması faktında adı çəkilən Dövlət Təhlükəsizlik Xidməti adından edilən cinayətin hər bir iştirakçının cəzalanmayacağı təqdirdə sonu şəhadət olan bu addımında israrlı olacağını bəyan edir. O eyni halda bu işin dini düşüncəsindən asılı olmayaraq hər bir vicdanlı şəxsin narahatlıq amili olacağını söyləyib. Allah zalimlərə lənət eləsin... Allah İmam Rzanın (ə) yaxınlaşan mövluduna xatir tezliklə Hacının qapısını açsın. Amin! 🤲*
https://youtu.be/mtKyX1B1778?si=XeZxNOp4HpJ9hpLQ
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев