Предыдущая публикация
Kim umar səndən vəfanı,
Yalan dünya deyilsənmi...?
Əzizləri, doğmaları,
Alan dünya deyilsənmi...?
..
Sehr ilə bələyib izin,
Meydana salıb səməndin,
Aləmə möhnət kəməndin,
Salan dünya deyilsənmi..?
..
Qəsd edib, xalqın özünə,
Torpaq doldurub gözünə,
Əhl-i qəflətin üzünə,
Gülən dünya deyilsənmi...?
..
Bəzən şah-u, bəzən bəndə,
Hər insanı salan dərdə,
Kİmsə məkan tutmaz səndə,
Viran dünya deyilsənmi...?
...
Kimisini talan edib,
Kimisini giryan edib,
Axırda kor-peşman edib,
Soyan dünya deyilsənmi...?
..
İşin-gücün daim yalan,
Çox insandan, hayıf alan,
Neçə kərə, coşub duran,
Dolan dünya deyilsənmi...?......(İlhamə Abbas Yusifqızı....)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 10
İnsan dünya sirrinə vaqif olandan dünyadan iki əlli yapışdı. .İnsanın sirr bilib vaqif olduğu həqiqətdə bəzəkli oyuncağın görsənən tərəfidir. ..Hər gözəlliyin ardında açılması çətin olan sirrlər yatır. İnsan onun gözündə gözəl görsənən bu bəd heybətin üzünü görməmək üçün batini gözlərini kor etdi. Qabusnamədə belə bir rəvayət oxumuşdum: .Birini bir bəd heybət qovur... İnsan bu bəd heybətdən qurtulmaq üçün özünü quyuya atır.. Kəndirdən asılı qalan insan iki ağ +qara siçanın ipi gəmirdiyini görür. Yuxarı qalxa bilmir, bəd heybət quyunun ağzında oturub, aşağı düşə bilmir, aşağıda bir əjdaha oturub, ağzından alov püskürür. Quyunun divarlarından bal axır. .İnsan çarəsizdir aşağıda ölüm, yuxarıda ölüm, divardan axan bal... Hər an öləcəyini bildiyi halda divardan axan baldan barmaqlayıb ağzına qoyur. ..İnsanı qovan ölümdür, quyu dünyadır, kəndir ömürdür, ağ + qara siçan günlərdir, divardan axan bal dünyanın şirinliyi, aşağıdan qalxan alov cəhənnəm atəşi...
Həqiqətdə dünya sirrinə va
...Ещёİnsan dünya sirrinə vaqif olandan dünyadan iki əlli yapışdı. .İnsanın sirr bilib vaqif olduğu həqiqətdə bəzəkli oyuncağın görsənən tərəfidir. ..Hər gözəlliyin ardında açılması çətin olan sirrlər yatır. İnsan onun gözündə gözəl görsənən bu bəd heybətin üzünü görməmək üçün batini gözlərini kor etdi. Qabusnamədə belə bir rəvayət oxumuşdum: .Birini bir bəd heybət qovur... İnsan bu bəd heybətdən qurtulmaq üçün özünü quyuya atır.. Kəndirdən asılı qalan insan iki ağ +qara siçanın ipi gəmirdiyini görür. Yuxarı qalxa bilmir, bəd heybət quyunun ağzında oturub, aşağı düşə bilmir, aşağıda bir əjdaha oturub, ağzından alov püskürür. Quyunun divarlarından bal axır. .İnsan çarəsizdir aşağıda ölüm, yuxarıda ölüm, divardan axan bal... Hər an öləcəyini bildiyi halda divardan axan baldan barmaqlayıb ağzına qoyur. ..İnsanı qovan ölümdür, quyu dünyadır, kəndir ömürdür, ağ + qara siçan günlərdir, divardan axan bal dünyanın şirinliyi, aşağıdan qalxan alov cəhənnəm atəşi...
Həqiqətdə dünya sirrinə vaqif olanlar ADAMlardır. Bəsirətsiz olmayan ADAM. ADAM hardan gəldiyini, harda olduğunu, hara gedəcəyini bildiyi üçün dünyaya bağlanmaz, dünyanın bir vasitə və axirətin tarlası olduğunu təfəkkür edərək yaşayar....... (İlhamə Abbas Yusifqızı...)