Nədənsə sevinci çəkən tərəzidə, pərsəng pərsənglikdən çox, oğruya oxşadı, kədərdən yük tutmağa isə, nizam-tərəzisiz bəxşiş verəndi fələk...
Barışaqmı qarış-qarış uzanacaq gecələri ilə, yoxsa xəyallarımızı büküb nağıllara, günləri sayaq. ...
.... .
QONAQ GƏLDİK BU DÜNYAYA....
...
Ağıl çaşar, beyin durar, bu düzənin önündəcə,
Dil susunca, gün gəlincə, köçəcəyik can verincə.
Qüsursuz bir dövrü aləm, sürüb gedər əsirlərcə,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Ələnəcək vücudumuz, iki ovuc torpaq olub,
Saralaraq solacağıq, yerə düşən yarpaq olub,
Unudulub qalacağıq, görən gözdən iraq olub,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Kor gecənin bir vaxtında, gün işırkən qaranlıqda,
Son nəfəsi verəcəyik, yıxıq-sökük viran halda.
Ruh bədəndən çəkiləcək, susqun, axır bir zamanda,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Doğulandan ölənədək, başında bir, sonunda bir,
Bitib itən ömrümüzdə, məkanımız mərmər qəbir,
Nəsibimiz olsun dildə, o son dua, o son təkbir,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq...
...
Əbədiyyət yolçusuyuq, ağ kəfənə sarılaraq,
Haqqın uca divanına, mənzilinə çatılaraq,
Günahlarla-savablarla, yorularaq-darılaraq,
Qonaq gəldik bu dünyaya, gedəcəyik yenə qonaq......(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4