Finiş xəttinə çatıb, dizlərini yerə qoymağı...Tükənincə həyatdan, tək düşündüyün dizlərini yerə çırpmaqdır...O an, keçdiyin yollar, mübarizələr keçir gözünün önündən.O an, düşündüyün qalib olmağın deyildir...Sadəcə"istədiyiniz oldumu...?...Uduzmadım, əyilmədim, amma indi uzaq durun məndən" demək istəyərsən...O an, sadəcə yaralanan dizlərin deyildir...Bura gəlib çatana qədər, paramparça olmuş bütün ruhunu qucaqlamaq istəyərsən...Amma, canın yanırmışcasına dizlərini qucaqlayarsan, ürəyinə çatana qədər...Bərk-bərk və tək.........
...
Oturub qabıq-qabıq, soyaqmı bu həyatı,
Ayıraqmı ruhundan, təzə ilə boyatı.
Nə qərib bir əhval bu, təzənin-boyatı var,
Könül aləmlər gəzər, Dünya başımıza dar.
Xatirələr bizimlə, keçmişdir-gələcəkdir,
Özüm yaralı ceyran, hər yanım gül-çiçəkdir.........(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5
...
Oturub qabıq-qabıq, soyaqmı bu həyatı,
Ayıraqmı ruhundan, təzə ilə boyatı.
Nə qərib bir əhval bu, təzənin-boyatı var,
Könül aləmlər gəzər, Dünya başımıza dar.
Xatirələr bizimlə, keçmişdir-gələcəkdir,
Özüm yaralı ceyran, hər yanım gül-çiçəkdir.........(İlhamə Abbas Yusifqızı...)
#İlhaməAbbasYusifqızı