Amma, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir...?
Tez-tez rastlaşdığımız, düşündürücü sual. Bu suala hərə bir cavab verir-xoşbəxtlik, güc, bərabərlik, zənginlik, sevgi... gözəllik. Mən də elə bu qədər zaman kəsiyində qadınları öyrəndim, onlarla ünsiyyətdə oldum... Demək olar ki, qadınları yaxşı tanıdım. Qadın nə istəyir...?.. Gücmü...? Əslində qadın çox güclüdür. Amma, bəzən o hətta güclü tərəflərini büruzə vermir, onu nümayişkəranə göstərməyə çalışmır. Bəzən bunu qarşı tərəf zəif hiss eləməsin deyə edir. Gözəllikmi istəyir qadın. Qadın gözəlliyin özüdür. Axı gözəl olmayan qadın yoxdu...? Bəlkə xoşbəxtlik...? Qəribədir. Qadın başqalarının-sevdiklərinin xoşbəxtliyi ilə xoşbəx ola bilir. Onu xoşbəxt eləmək o qədər də çətin deyil ki...! Sevgi..? Sevgi qadında-onun böyük ürəyində cəmləşmişdir. Dünyaya sığmayan, ölçüyə gəlməyən sevgi qadına məxsusdur. Ana sevgisi-əvəz gözləmədən, təmənnasız. Fədakarcasına sevir qadın. Və onun üçün övlad sevgisi bir ölcüsüzlüyün, sonsuzlugun ölçüsüdür. Və bunun qarşılığı ola bilməz ki, məncə... Qadın haqqları, bərabərlikmi...? bunu da istəyəndə də qadın heç vaxt əks tərəfin haqqlarına girmək, onların hesabına bunu əldə etmək istəməyib. Əsil qadın hamının kişinin, qadının-insanın bərabərliyini istəmişdir. Axı o ana kimi heç vaxt oğluna+qızına fərq qoymayıb. Bəlkə, bəzilərinin düşündüyü kimi zənginlik...? Xeyir. Çünki, ən zəngin qadın üçün qiyməti böyük olmayan bir çiçək, hətta bir sözün dəyəri ölçüyə gəlməyəcək qədər qiymətli ola bilər. Onu dünyanın ən varlı insanına çevirər. Yetər ki, səmimi qəlbdən, sevgiylə təqdim edilsin... Bəs qadın nə istəyir...? Bu illər ərzində mən qadınları anlamağa çalışdım... Məncə qadın anlam istəyir... istəyir ki, onu başa düşsünlər, anlasınlar... Bəzən susanda belə... Onun susqunluğunu duysunlar... susaraq demək istədiklərini anlasınlar.........(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 8
....
Gözəl olan hər şeyin qorxulu bir tərəfi vardır mütləq.
Dəniz sakitkən gözəldir, coşqulu anında qorxursan.
Dağın zirvəsinə çatmaq, səbr tələb edir,
Mənzərəsi doyumsuzdur,lakin başını
gicələndirmədən sənə göstərmir.
Kainatın parlaqlığı gözünü oxşayır,
Lakin, vahiməsindən yan keçmək istəyirsən.
Səmanın görüntüsünə aşiqsən,
Amma qalxsan, yerə düşmə riskin gözünü qorxudur.
Çiçəklərin ən gözəli tikanı olanlardır,
Tikansızları isə, sonunda solub, sənə qismət etmir əbədiliyini.
Dünyada gözəl olan hər şey bu qədər çətinkən,
Gözəl qadının varlığı, niyə belə asand olsun ki...?
QADIN - özü daxilində dənizdir+səmadır+dalğadır+kainatdır və çiçəkdir...
Qadın qəlbi seyir dünyası qədər zəngin, musiqi notları qədər rəngarəngdir...Yalniz onun, bir anlayana ehtiyacı var...
QADIN - Tanrının şah əsəridir. Hər sözü, əməli nümunədir. Bu əsəri layiqincə dərk edib, qorumalıdır hər insan oğlu...
Allah qadın adına layiq olan, qadınları qorusun.......(İlhamə Abbas Yusifq...ЕщёQadın olmaq "zəka" işidir...
....
Gözəl olan hər şeyin qorxulu bir tərəfi vardır mütləq.
Dəniz sakitkən gözəldir, coşqulu anında qorxursan.
Dağın zirvəsinə çatmaq, səbr tələb edir,
Mənzərəsi doyumsuzdur,lakin başını
gicələndirmədən sənə göstərmir.
Kainatın parlaqlığı gözünü oxşayır,
Lakin, vahiməsindən yan keçmək istəyirsən.
Səmanın görüntüsünə aşiqsən,
Amma qalxsan, yerə düşmə riskin gözünü qorxudur.
Çiçəklərin ən gözəli tikanı olanlardır,
Tikansızları isə, sonunda solub, sənə qismət etmir əbədiliyini.
Dünyada gözəl olan hər şey bu qədər çətinkən,
Gözəl qadının varlığı, niyə belə asand olsun ki...?
QADIN - özü daxilində dənizdir+səmadır+dalğadır+kainatdır və çiçəkdir...
Qadın qəlbi seyir dünyası qədər zəngin, musiqi notları qədər rəngarəngdir...Yalniz onun, bir anlayana ehtiyacı var...
QADIN - Tanrının şah əsəridir. Hər sözü, əməli nümunədir. Bu əsəri layiqincə dərk edib, qorumalıdır hər insan oğlu...
Allah qadın adına layiq olan, qadınları qorusun.......(İlhamə Abbas Yusifqızı,,,)