Qanın qılınca qalib, gəldiyi yer Kərbəla,
Kərbəla şəhidləri, o zülmə şahid oldu.
Unudulmaz o acı, o haqsızlıq, o bəla,
Kərbəla şəhidləri, o üzdən şəhid oldu....
...
O zülmü yaşayanın, fəryadı ürək yaxdı,
Peyğəmbərin gülünə, zalım gülərək baxdı,
Səxavət belə üsyanda, qəzəblə-kinlə axdı,
Kərbəla şəhidləri, o üzdən şəhid oldu....
...
Əli Əsgər qundaqda, oxlandı boğazından,
Süd yerinə, qan axdı, o mübarək ağzından,
Çadırlar qurtarmadı, yezidin oyunundan,
Kərbəla şəhidləri, o üzdən şəhid oldu....
...
Mehman deyib, o gündə, yetmiş iki gul soldu,
Yetim qaldı Rüqəyya, gözləri qanla doldu,
Qiyamət qopdu o gün, onlar sevilən quldu,
Kərbəla şəhidləri, o üzdən şəhid oldu....
...
Məzlum deyil Hüseyn, zalimə qılınc çaldı,
Məhşərin qalibləri, o gündən qalib qaldı.
Bax, İslamın davası, o zülmü əsir aldı,
Kərbəla şəhidləri, o üzdən şəhid oldu...............(İlhamə Abbas Yusifqızı...)
#ilhaməabbasyusifqızı
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2
Bütün eşidən kufə əhalisi İmam Hüseyinə dalbadal xəbərlər göndərərək,ona beyet etmək istədiklərini bildirirlər.Bundan sonra İmam Hüseyinin əmisi oğlu Müslimin bin Əqilli vəziyyəti öyrənmək üçün Kufəyə göndərir.
Müslim bin Əqil kufəyə çatar-çatmaz İmam Hüseyinin adına beyet almağa başlayır. İlk əvvəl otuz min adamın beyet etdiyi revayyət olunur.Müslim bin Əqil kufəlilərdən beyet aldığını İmam Hüseyin...ЕщёKərbəla faciəsi - İmam Həsən şəhid olduqdan sonra, Kufə əhalisi İmam Hüseyinə xəbər göndərib,ona beyət etmək istədiklərini bildirirlər.Buna görədə Kufəyə getməyə hazırlaşan İmam Hüseyinə kufəlilərin onun atasına,qardaşına etdiklərini xatırladılaraq,Məkkəyə getməsi tövsüyyə edilir.İmam Hüseyin bütün Əhli-beyti yığaraq,8 May 680-cə ildə Məkkəyə doğru yola çıxır və 27 gün sonra Məkkəyə yetişir.Məkkə əhalisi böyük məhəbbət və coşqunluqla İmam Hüseyini qarşılayır və ona beyət edir. Məkkə əhalisinin İmam Hüseyinə sıx bir şəkildə bağlandığını görən Məkkə valisi Sədbin As Şama,Yəzidin yanına qaçır.
Bütün eşidən kufə əhalisi İmam Hüseyinə dalbadal xəbərlər göndərərək,ona beyet etmək istədiklərini bildirirlər.Bundan sonra İmam Hüseyinin əmisi oğlu Müslimin bin Əqilli vəziyyəti öyrənmək üçün Kufəyə göndərir.
Müslim bin Əqil kufəyə çatar-çatmaz İmam Hüseyinin adına beyet almağa başlayır. İlk əvvəl otuz min adamın beyet etdiyi revayyət olunur.Müslim bin Əqil kufəlilərdən beyet aldığını İmam Hüseyinə məktubla bildirir və bundan sonra İmam Hüseyin Əhli -beyit və yaxınları ilə birlikdə Kufəyə yola düşür.
Bu vəziyyətdən xəbərdar olan Yəzid Kufə valisi Numan bin Bəşir əl-Ənsarinin vəzifədən çıxarıb onun yerinə Bəsrə valisi Übeydulla bin Ziyadı təyin edir və ona Müslim bin Əqili öldürür və kufəlilərə hədə-qorxu gələrək,İmam Hüseyinə beyət etməkdən çəkindirməyə çalışır.Bu vəziyyətdən xəbərsiz olan İmam Hüseyin yaxınlaşınca Valinin əmri ilə susuz və müdafiəsiz bir yerdə düşərgə salmağa məcbur edilir.Ömər bin Səd vasitəsi ilə İmam Hüseyinə ailəsi ilə birlikdə Yəzidə beyət etməsi xəbəri göndərilir.Bunu qəbul etməyən İmam Hüseyin və ailəsi Məkkəyə qayıtmağı qərara alır.Geri dönüb Kərbü bəlaya (dərd və bəla)daxil olarkən yanında olanlara belə deyir.
((Dostlarım,övladlarım...Bu yerin bizlərə zülüm və bəla dərtası olacağını Cəbrayılın babam Məhəmmədə söylədiyini eşitmişəm. Dostlarım..Mən bu torpaqlarda babama və atama qovuşacağam...)
Əhli -beyit orada günlərlə mühasirə içində saxlanılır.Daha sonra Ömər Bin Səd Əhli-beyitin üzərinə hücum çəkərək, döyüşə rəvac verir.Müdafiyəsiz vəziyyətdə olan Əhli-beyitdən bir çox insan şəhid olur.İmam Hüseyin uşaqlarını,qardaşlarını,qardaşı uşaqlarının çoxunu itirir.Tasua günü (Məhərrəm ayının 9- cu günü)geri dönmək istəyənlərin o gecə dönmələrini qalmaq istəyənlərin isə ertəsi gün şəhid olacaqlarını söyləyir.Hamı İmam Hüseyinin yanında qalmağı qərar verir.Ertəsi gün böyük bir cəsarətlə savaşan İmam Hüseyin hər tərəfdən hücum edilir....
Ertəsi gün böyük bir cəsarətlə savaşan İmam Hüseyinə hər tərəfdən hucum edilir.
Hicri tarix 680 -ci il Məhırrəm ayının 10-da sinan bin Ənəs ən -Nəxəi əvvəlcə İmam Hüseyini xəncərlə yaralayır, daha sonra başını bədənindən ayırır.İmam Hüseyinlə birlikdə 72 adamda şəhid olur.
Bunların ən yaşlısı Həbib bin Məzahir 72 yaşında şəhid olur.
Onun məzarıda Kərbəlada İmam Hüseyinin türbəsinin içərisindədir.
Bu şəhidlər arasında Əhli-beyitdən olanlarının sayının 20 olduğu rəvayət edilir.
Kərbəla şəhidlərinin cəsədləri bir gün sonra Bəni Əsəd (Əsədoğulları) qəbiləsinin Qadiriyyə kəndində yaşayanlar tərəfindən dəfn edilir.
Başda İmam Hüseyinin bacısı Hz.Zeynəb olmaqla,Əhli-beytin qətildən qurtulan uşaqları və başqa qohumları əsir alınaraq,İmam Hüseyinin kəsik başı ilə birlikdə Şama,Yəzidin hüzuruna göndərilir.
Bu əsirlərə Hz.Zeynəb başçılıq etmişdir.
Əhli-beyit əsirləri Şamda bir neçə gün saxlandıqdan sonra Mədinəyə göndərilir.
İmam Hüseyinin kəsik başının harda basdırılması məsələsində xeyli ixtilaf olmağına baxmayaraq ,onun Mədinə,Nəcəf,Kufə,Kərbəla və ya Şamda dəfn edildiyinə dair çoxlu müxtəlif rəvayətlər vardır.
İmam Hüseyinin kəsik başının dəfn olduğu zənn edilən bir neçə türbə mövcutdur.
Fikrimizcə,onun dəfn yerinin Şamda olması daha məntiqlidir.
İmam Hüseyinin(ə) qatilərinə Allah min lənət etsin......................(İlhamə Abbas Yusifqızı....)