Ölü olmasa da, ölüvay bir dil olaraq qalacaq. Çünki millət yox, adam olmaq istəyənlər rus dilinin yaratdığı milli tənbəllikdən faydalanacaqlar. Eynən cəmiyyət qurmaq zəhmətinə qatlanmaqdansa, hazır qurulmuş cəmiyyətlərə köçüb faydalanmaq istəyənlərimiz kimi.
Belə çıxır ki, ana dilimizdə adam olmaq mümkün deyil. Ona görə mümkün deyil ki, ana dilinin vətəndaş qarşısında daşımalı olduğu bütün intellektual öhdəliklər düşünülmüş şəkildə rus dilinin üzərinə qoyulub. Eyni intellektual öhdəliklər erməni dilinin də üzərinə qoyulub bizə təqdim olunsaydı, o ziyalı indi onu adam etdiyinə görə erməni diliylə qürur duyacaqdı.
"Rus dili" kərənayını çalan adamların çoxu yaşı 60-ı ötənlərdir. Həyatda qazandıqları hər şeyə görə bu dilə borcludurlar. Bu dildə Azərbaycanın nələr itirdiyi onları maraqlandırmır. Başa düşüləndir. Çünki bu dil azərbaycanlılara elə buna görə öyrədilib; şəxsi mənafeyini təmin etsin, milli mənafeyini unutsun. Azərbaycan dilinin məişət dili səviyyəsində, folklorik məzmunda ilişib qalmasının səbəbi rus dilinə yaradılan ideoloji şəraitdir".
Aqşin Yenisey
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2