Qazın, işığın qiymətlərini bir gecədə, özü də qeyri-iş günlərində elə yaxşı qaldırırlar, amma pensiya, maaş və ümumiyyətlə əhaliyə ödənilən digər müavinətlər artırılanda, aylar əvvəl anons edilir və nəhayət ödənişlər 5-10% artırılır.
Bu müddət ərzində rüsumların, cərimələrin, ərzaq, dərman və s. qiymətləri də, öz tempində bahalaşmağa davam edir.
Belə deyək ki, onsuz da ərzaq, dərman, ümumiyyətlə bütün sahələr monopoliyadadır - hökümət məmurlarının monopoliyasında.
Belə çıxır ki, insanların artan qiymətlərə adaptasiya olunması üçün maaş-pensiysa artacaq deyərək, insanlara təsəlli verirlər.
İndi də, bilinmir baş tutacaq, ya yox, amma yenə də anons ediblər ki, guya üçuşaqlı ailələr çox uşaqlı ailələr siyahısında olacaqlar və hər uşağa görə 105,00 (bir yüz beş) manat müavinət veriləcək.
Ancaq çox güman ki, ona da xeyli əngəllər yaradılacaq, eyni sosial yardım kimi.
Onu deyim ki, fikir verirəm, ölkədə sosial vəziyyət hər gün pisləşməyə davam edir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1