Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.
Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri var idi. Hər ikisi Cavanşirlər sülaləsindəndir.
General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.
Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.
Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.
İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idilər. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.
Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.
Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.
Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olub.
Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq idilər.
Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.
Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olublar.
Yazıçı Seyid Hüseyn və Məmmədəmin Rəsulzadə bacanaq olublar.
Xalq artistləri, bəstəkar Cövdət Hacıyev və rəqqasə Əminə Dilbazi, SSRİ xalq artisti, ilk balerinamız Qəmər Almaszadə və Azərbaycan xalq artisti, bəstəkar Əfrasiyab Bədəlbəyli həyat yoldaşı olublar.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев