Bakıda qadına 8,6 il həbs verildi: Cəzasını 2028-ci ildən çəkəcək - Türk sevgilisi ilə...
Qaynarinfo-nun məlumatına görə, 1994-cü il təvəllüdlü S.M. tamah niyyəti ilə iki və daha çox şəxsi insan alverinə cəlbetmə, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərində ittiham olunub.
O, bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etmək, həmçinin hədə-qorxu ilə cinsi istismara cəlb etmək, Azərbaycan Respublikasının dövlət sərhədindən keçirərək, zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqda günahlandırılıb.
S.M.-ya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. Məlum olub ki, o, Azərbaycanda bir neçə qadını aldadaraq Türkiyənin İğdır şəhərindəki "Tuana" restoranında cinsi istismara məruz qoyub.
S.M. bu cinayəti türkiyəli sevgilisi ilə birgə həyata keçirib. Belə ki, o, qadınları müxtəlif adlarla (gözləlik salonunda çalışmaq, restoranda xidmətçi işləmək və s.) adı ilə aldadaraq Türkiyəyə aparıb. Zərərçəkmiş qadınlar Azərbaycana qayıtsalar da, S.M onları pornoqrafiq görüntüləri ilə şantaj edərək yenidən İğdira qaytarıb.
Qadınlardan biri yalnız Türkiyə vətəndaşı Mehmet Çaran adlı şəxsin köməkliyi ilə S.M. və onun Zülmət adlı sevgilisinin əsirliyindən xilas olub. Mehmet Çaran digər zərərçəkmiş qadınlara da dəstək göstərərk, sözügedən şəxslərin əsirliyindən xilas edə bilib.
S.M. Azərbaycanda qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sözügedən zərərçəkmişlərin müraciəti əsasında saxlanılıb.
Məhkəmənin qərarı ilə ona 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. S.M.-nın öhdəliyində 2013 və 2014-cü il təvəllüdlü övladları var. Uşaqlar 14 yaşına çatanadək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınıb. Cəza 2028-ci ildə qüvvəyə minəcək.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 19
Barı rusdilli saytlarda işıqlandırmazdınız bu olayı. Adam xəcalət çəkir.