“Bakıda siyasi rəhbərlik dünya hadisələrindən kənarda qaldığını, Avropa və Amerika dəyərlərini anlamadığını nümayiş etdirir”
ABŞ analitikləri və ekspertləri prezident seçkiləri zamanı pozuntularla bağlı rəsmi Bakının antiqərb ritorikasını və fikirlərini, eyni zamanda Vaşinqtondan cavab reaksiyasını diqqətə almaya bilməzdilər.
“Təəssüf ki, Bakıda siyasi rəhbərlik özünü təhqir olunmuş vəziyyətə qoyur. Bununla da dünya hadisələrindən kənarda qaldığını, Avropa və Amerika prioritetlərini və dəyərlərini anlamadığını nümayiş etdirir”. Bunu tanınmış ekspert, xarici siyasət üzrə Amerika Şurasının üzvü Ueyn Meri Bakı ilə Vaşinqton arasındakı münaqişəni “Turan” agentliyinə şərh edərkən bildirib.
“Bakı başa düşmək istəmir ki, bu cür problemlərdən qaçmaq mümkün deyil – bu, həm ABŞ, həm də Avropa üçün fundamental xarici siyasət məsələləridir. Və bu cür problemlər davam edəcək, düşünürəm ki, gələcəkdə onlar daha da çox olacaq”, - ekspert vurğulayıb.
“Amerika-İran yaxınlaşması Amerikanın regiondakı prioritetlərinə necə təsir göstərə bilər” sualının cavabında Meri deyib ki, təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın əhəmiyyəti ABŞ üçün azalır.
“Bu, qismən Əfqanıstandakı Amerika missiyasının və ABŞ-ın dünyanın digər ölkələrindəki öhdəliklərinin başa çatması ilə bağlıdır. Odur ki, növbəti beş ildə Azərbaycan Amerikanın maraqları məsələsində indi olduğundan daha aşağı və əvvəlki illərdə olduğundan da xeyli aşağı statusda olacaq”, - Meri vurğulayıb.
Ekspert Bakımı neft-qaz ixracatçısı kimi rolu ilə riqqət oyatmamağa, yeni çağırış və reallıqları nəzərə almağa çağırıb.
“Neft gəlirləri sayəsində asan çiçəklənmə illəri başa çatır, qarşıda çox mürəkkəb iqtisadi çağırış illəri var”, - o vurğulayıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев