iclasa gəlməyən deputatların yerinə necə səs verirlər?
Milli Məclisin 29 oktyabrda keçirilən plenar iclasında kuryoz hadisə baş verib. Virtualaz.org saytının əməkdaşının müşahidəsinə görə, qanunların qəbulu zamanı deputatlardan bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.
Saytın əməkdaşı gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkib. Həmin fotolardan da aydın görünür ki, qanunlar qəbul edilərkən deputatlar zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər.
Qeyd edək ki, bundan əvvəl də oxşar hadisə olub və bubarədə mediada yazılıb. Artıq səsvermə saxtakarlığı ilə bağlı foto və videofakt da var.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2