Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Borsunlu TV internet televiziyasına abunə olun ki,
Yeni videolarımızı zamanında izləyə biləsiniz...
____________________________________
Məmmədov Elman Bəhmən oğlu,
Şəhidimiz 1991-ci ilin Avqust ayının 17-si,
Tərtər rayonunun Borsunlu kəndində anadan olub.
Bir sadə, zəhmətkeş kəndli ailəsində dünyaya göz açan Elman, çox sadə, mehriban, işgüzar insan idi.
Ailənin ortancıl oğlu olan Elmanın iki qardaşı da var.
Elman orta məktəbi Tərtər rayonunun,
Borsunlu kəndində oxuyub və orta təhsilli olub.
Şəhidimizin hələ sağ ikən xanım adlı mərhum həyat yoldaşından Adəm adlı bir oğlu dünyaya gəlir.
Adəmin anadan olmasından 10 gün sonra,
Anası xanım rəhmətə gedir.
Həyat yoldaşını belə vaxtsız itirən şəhidimiz,
Vaxtaşırı Tərtər rayonunun Ələsgərli kəndinə,
Oğlu adəmi görməyə gedərdi..
Hərb sahəsində işləməyi, Elman lap çoxdan arzulayırdı.
O sənədlərini hazırlayıb, müdafiə nazirliyinə çoxdan vermişdi.
Təqribən üç-dörd ay olardı ki,
Onu hərbiyə dəvət etmişdilər.
Elman Məmmədov Azərbaycan ordusunda,
müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi..
Elman 2-ci Qarabağ müharibəsi zamanı,
Fizuli rayonu istiqamətində,
vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, Oktyabrın 3-ü qəhrəmancasına şəhid olub.
Şəhidimiz oktyabrın ayının 4-ü elə doğma kəndi olan,
Tərtər rayonunun, Borsunlu kəndinin qəbiristanlığında dəfn olunub.
Elman elinə obasına ümumiyyətlə vətəninə bağlı insan olub. Şəhidimiz böyüyüb boya-başa çatdığı Tərtər rayonunun Borsunlu kəndində, camaat arasında özünə elə gözəl hörmət qazanmışdı ki, onun ölüm xəbəri təkcə ailəsini, yaxınlarını deyil, bütövlükdə Borsunlu sakinlərini də sarsıtdı.
Elmanın yoxluğu bu gün də Borsunlu kəndində yaşayan,
Onu tanıyan hər bir insanın üzündə qəmginliklə hiss olunur.
Borsunlu camaatı şəhidini sosial şəbəkələrdə də yad edib, onun haqqında böyük fəxarət hissi ilə, öz fikirlərini bölüşdülər.
Borsunlu kəndinin sayılıb seçilən ziyalılardan biri,
Aslan müəllim.. Elmanın haqqında bunları yazır..
"El arasında belə bir deyim var ki, İnsanın həyata ilk gəlişində, onun talehi-qisməti də özü ilə bərabər gəlir.
Elmanın da həyat yolu belə yazılıbmış..
Sadəcə bu igid balamızın qismətinə, belə çətin keçmə keçli bir ömür yazılıbmış. Bu da bir qismətdir ki, o ən Ali şəhidlik zirvəsinə ucalmışdır. Bu hər kəsə qismət olmur, Allah-təala onun balasını xoşbəxt eləsin...
Elman balamızın bütün günahlarını bağışlasın."
Hər kəs Elmanı danışdı,
Onun qəmgin həyatından bəhs etdi.
Bizdə bütün yaxın insanları bir araya toplayıb,
Hamılıqla ürəyimizdəki Elmanın məzarını ziyarət etmək,
Onu böyük ehtiramla yad etmək arzumuzu yerinə yetirmiş olduq.
Elman kimi oğullar bir dəfə gəlir dünyaya,
Onlar qısa bir həyat yolundan keçib,
müqəddəs bir zirvəyə yüksəlirlər,
O zirvə şəhidlik zirvəsidir.
O zirvəyə yüksələnlərin ömrü qısa olsa da,
Ölümləri şərəflidir.
Ölüm əslində yoxluq və heçlik demək deyil.
Əbədi diyara səfərdir.
Elman haqq yolunda şəhid oldu..
Şəhid təkcə evdən getmir, həm də eldən gedir.
Hər bir şəhid xəbəri, ürəyimizi yandırdı ama
digər tərəfdən də onların cəsarəti ilə qürur duyduq.
Çünkü müqəddəs bir məqsəd uğrunda,
Canından keçdi şəhidlər.
Bütün şəhid olan insanlar,
sorğu-sualsız cənnətə gedir..
Elə Elman kimi.........
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Canı Allah versə də,
Bizlər bu torpağın üstündə gəzir,
Bu torpağın suyundan içir,
Bu torpağın çörəyindən yeyir,
Bu torpaqda yaşayırıq.
Hara getsək də darıxırıq, ürəyimizdə olan bu vətən üçün.
Bizlər damarımızda qan axdığca bu torpağa bağlıyıq.
Vətən bizim hər şeyimizdir, vətən bizim olandı.
---
Budur vətən, hamılıqla borclu olduğumuz vətən......
Biz vətəni göz bəbəyimiz kimi qoruyub,
Vətən sevgisini gələcək nəsillərə aşılamalı,
Onu nəsildən nəsilə ötürməliyik.
Vətən bizim and yerimizdir.
Çünkü müqəddəsdir vətən.
Elə himnimiz də deyildiyi kimi,
Minlərlə can qurban oldu.
Bu vətən var olsun deyə.
Neçə ki biz canımızı, qanımızı bu vətən uğrunda əsirgəməyəcəyik, bu vətən var olduqca olacaq.
Buna görə də lazım gələrsə,
Bu vətənin azadlığı uğrunda canımızdan keçməliyik..
Görün nə qədər vətəndaşımız şəhid oldu,
Onlar şəhadətə yüksəldi və şəhidlərimizin hamısı,
Bütün dünyaya göstərdi ki bizim xalq, qəhrəman xalqdır.
Çəkiliş BorsunluTV internet televiziyasının lahiyəsi əsasında, Azad Həsənlinin ideyasına əsasən araya-ərsəyə gətirilib.
#BorsunluTV #Terter