Hər iki futbolçu Mirça Rednikin ölkəmizə gətirdiyi Rumınlardır. Futbolinfo.az saytına müsahibəsində Katalin Doman ona verilən ““Xəzər Lənkəran” üçün darıxmırsız?” sualına “Əlbəttə, darıxıram. Mənim o klubda 2 gözəl ilim keçib” kimi cavab verib. Daha sonra ““Xəzər Lənkəran” heç vaxt Rednikin dövründəki kimi güclü olmayacaq” fikri ilə diqqət çəkən Doman həmyerlisi Mirça Rednik haqqında maraqlı açıqlaması ilə də yadda qalıb: “Mən Rednik haqqında bir şey düşünürəm: o, əla məşqçi idi. Onun gedişindən sonra “Xəzər Lənkəran”ın nə vəziyyətə düşdüyü göz qabağındadı.” Rumın futbolçu sonda “Xəzər Lənkəran” azarkeşlərinə də mesaj göndərməyi unutmayıb: “Onları unutmamışam. Bu klubun azarkeşləri Azərbaycanda bir nömrədilər. Onlar daim ürəyimdədilər”.
Digər Rumın Andrey Mureşandır. Apasport.az saytına qısa açıqlamasında o konkret mövqe bildirib: “Rednikin “Xəzər Lənkəran”a dönmək ehtimalı olduğundan xəbərim var. Amma Azərbaycana qayıdacağını dəqiq bilmirəm. Düzdü, “Astra” ilə müqaviləm var. Amma Rednik qayıtsa və məni də istəsə, burdakı məsələləri həll edib gələrəm”.
http://ok.ru/azad.azarkes.qrupu
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев