✅ Tövhidin həqiqəti bundan ibarətdir ki, Allah Taalanı heç bir varlığa bənzətməyəsən, başqa sözlə desək, insanlara aid olan heç bir sifət və xüsusiyyətləri Allah Taalaya nisbət verməyəsən.
📖 Qurani-kərim İxlas surəsinin 4-cü ayəsində buyurur:
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ
"Onun heç bir oxşarı (bənzəri, tayı) yoxdur."
💠 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"Allah müxtəlif varlıqları əldə etdiyi düşüncəyə ehtiyacı olmadan,
içində gizlətdiyi sövq-təbii hissiz,
keçmiş zamanlarda baş vermiş hadisələrdən əldə edilən təcrübələrə ehtiyac duymadan,
heyranedici məxluqları yaratmaqda kömək edən şərikin yardımı olmadan yaradandır”.
📚 Nəhcül-bəlağə 91-ci xütbə
🔷 İnsan həqiqətlər barədə dörd yolla elm və məlumat əldə edir:
1. Təfəkkür və düşüncə;
2. Sövq-təbii hiss (instinkt) adlandırılan batini ilhamlar;
3. İnsanın hər hansı bir işi təkrar görməsi nəticəsində yaranan təcrübə;
4. Kənar həmfikir və şərikin öz məlumatı ilə insana yardım etməsi və yaradıcı işdə ona kömək etməsi.
♻️ Allah hər şeydən xəbərdardır və Ona bütün həqiqətlər aydındır. Heç nə Allahın sonsuz elminin əhatə dairəsindən qıraq deyil. Allahın yaradılışda qeyd edilən dörd işin heç birinə ehtiyacı yoxdur, çünki:
1⃣ Təfəkkür və düşünmə bəzi şeyləri bilib bəzi şeyləri bilməyən və bildikləri şey vasitəsi ilə bilmədiklərini bilmək istəyən adama aiddir.
2⃣ Həmçinin sövq-təbii hiss (instinq, batini ilhamlar) həqiqət gözündən gizli olan və onu bu ilham yolu ilə üzə çıxaran şəxsə aiddir.
3⃣ Təcrübə və təkrar işlərin nəticəsini bilmək üçündür. O, nəticələrdən xəbərsiz olan kəsə aiddir.
4⃣ Eləcə də başqalarının fikirlərindən yardım almaq qüsur və çatışmazlığı olan kəslərə aiddir.
✅ O pak zat (Allah Taala) bu işlərin hamısından pak və uzaqdır. Elə isə Allah Taalanı heç bir varlığa, xüsusilə də insana bənzətməyək!..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 11
Sıkma canını sen..
Oruçta öyle.. Sağlığın yerindeyse tutarsın..
Zekatta öyle malınvarsa verirsin..
Namazdır...
O yüzden peygamber efendimiz asm
Namaz müminin miracı demiştir..
Dünya bir hardal tanesi kadar kalır..
Mütün mahlukatın secde halini görmek.. Öyle bir şey galiba..
Zikir halini işitmek..
O alem..
Kuran'da öyledir..
Afaki tefekkür derindir.. Boğar ehli olmayanı..
Sana Enfusi idal..
Dediklerim doğru değilmi?
,,,
Şöhrete kapılmam..
Nefsime gem vururum..