Şəxsi həyatı ilə bağlı yayılan xəbərləri Namiq Qaraçuxurlu hələ də təkzib etsə də, nəhayət, əsl həqiqət üzə çıxdı.“Biz+” jurnalına müsahibə verən Solmaz Şükürova Namiq Qaraçuxurlunun onun keçmiş həyat yoldaşı olması ilə bağlı ortaya tutarlı faktlar - foto-şəkillər və rəsmi sənədlər çıxarıb. Müsahibəni ixtisarla dərc edirik.
- Biz Namiq Qaraçuxurlunun evli və iki uşaq atası olması barədə yazmışdıq. Amma sənətçi bunu təkzib etmişdi. Deməli, yazdıqlarımız doğrudur?
- Bəli, Namiqlə bizim iki oğlumuz var. Biri Ümid, digəri Ülvi. Ümid 5, Ülvi 4 yaşındadır. Namiqlə 2001-ci il avqustun 30-da Suraxanı rayonunun VVAQ idarəsində kəbin kəsdirmişik. 2002-ci il iyulun 7-də birinci övladımız, 2003-cü il noyabrın 23-də ikinci oğlumuz dünyaya gəlib. 2005-ci il dekabrın 2-də isə rəsmən boşanmışıq, yəni o günə qədər rəsmi ər-arvad olmuşuq. Amma 2004-cü ilin martında Namiqlə qeyri-rəsmi ayrılmışıq. O, məni 4 aylıq körpə ilə tək qoyub gedib.
- Namiqlə ailə qurmağınız öz istəyinizlə olub, yoxsa bu, valideynlərin arzusu idi?
- Öz arzumuzla evlənmişik. Həm mənim, həm də onun valideynləri bu evliliyin əleyhinə idilər. Namiqlə evlənəndə o, kasıb oğlan idi. Onun “Rəvayət” klipi 2002-ci ilin aprelin 29-da ilk dəfə ekrana çıxıb. Həmin il mayın 28-də Şəhriyar adına Mədəniyyət Mərkəzində konsert verib. Birinci oğlumuz dünyaya gələnə yaxın birdən-birə o, “Rəvayət”lə partlayış etdi, tanındı. Ən maraqlısı odur ki, Namiqin populyarlaşmasında iki adamın xidməti var: onlardan biri mənəm, biri də Muğamat Əzizov. O, Namiqin kasetinə qulaq asıb, axtarıb tapmışdı və ona təmənnasız klip çəkmişdi. Bu gün Namiqin yanında nə mən varam, nə də Muğamat...
- Niyə Namiqdən ayrılmaq qərarına gəldiniz?
- Aygünlə duetlərindən sonra münasibətimiz elə həddə çatdı ki, ayrılmalı olduq. Ayrılmalı olduq deyəndə ki, Namiq mənə dedi ki, Moskvaya gedirəm, məhərrəmlik (Məhərrəm ayı nəzərdə tutulur - red.) olduğu üçün toylar yox idi. İki aydan sonra bilmişəm ki, o, Aygünün evində yaşayır. Sonrakı 7-8 ayda bir az pul göndərdi. Efirdə göstərdilər ki, boğazından əməliyyat olunub. Əməliyyata qədər də 4-5 ay xəstə yatdı. Xəstə olduğu müddətdə mənə dedi ki, sənə göndərməyə pulum yoxdur, uşaqlara fikir ver, sonra pul göndərərəm. Sonuncu dəfə 2005-ci ilin fevralında pul göndərdi. Ondan əvvəl maddi kömək edib. Bizi atıb gedəndə evdə bir az pul, bir az da qızıl var idi. Mən onları satmağa məcbur oldum, çünki problemlərimiz yarandı. Evi satıb borclarımızı qaytardım.
- Uşaqların bu məsələlərə münasibəti necədir?
- Ümid tanıyır, o, 1 yaş 8 aylıq idi Namiq evdən gedəndə. Ülvi isə 4 aylıq idi. Uşaqların içində qəribə bir hiss var. Ümid indi istəmir onu, deyir ki, əgər o, bizi sevsə idi, mən də onu sevərdim, axı, o, bizi sevmir. Amma Ülvi hələ “mənim atam” deyir. Oğlanları Namiq Qaraçuxurluya nifrət edir. Bütün bunları heç vaxt, heç yerdə deməmişəm. Bu dəfə də danışmaq fikrim yox idi. Sadəcə, Namiq müsahibəsində bizim haqqımızda çox artıq kəlmələr işlədib. Deyib ki, guya mən özümə hörmət etmirəm. Düz deyir, mən indiyə kimi özümə hörmət etməmişəm. Əlimdə qanuni kəbin kağızım, qanuni uşaqlar ola-ola susmuşam. Uşaqlarımın atası kimi ona hörmət etmişəm. Bizim iki uşağımız var, nə Aygün, nə mənim həyatım, nə də onun həyatı bu faktı dəyişə bilməyəcək.
- Namiqin sizinlə, uşaqlarla heç bir əlaqəsi yoxdur?
- Uşaqları ondan heç bir qəpik də görmür. O, Ümidi çox sevirdi, görünür, onda heç bir hissiyat qalmayıb. O, bizim harada yaşamağımızı bilmir. Namiq mənimlə, uşaqlarla maraqlanmır, heç bilmir onlar necə böyüyür. O, bizdən ayrılsa da, qazandığı hər pulda haqqımız var. Mən həmin pulu da halal etmirəm, amma heç istəmirəm də. Şükür Allaha, işim var, vəzifəm var, Allah məni ac qoymur. Uşaqlara baxıram, uşaqları oxutmağa, ayağa qaldırmağa çalışıram.
- Ailənizin dağılmasında Namiqi, yoxsa Aygünü günahkar görürsünüz?
- Mən Aygündə zərrə qədər günah görmürəm. Bütün insanlar xoşbəxt olmaq istəyir. Onların arasındakı yaş fərqinə baxmayaraq, axır ki, Aygün öz tayını tapdı və onunla xoşbəxtdir. Aygündə günah yoxdur, Namiqin artıq 29 yaşı var. Şüurlu adamdır, Aygün hər halda onu orada zəncirlə saxlamır. İnanmıram ki, Aygün Namiqə uşaqlarla görüşməyi, kömək göstərməyi qadağan edə. Aygünün də öz qızı var, o, qızını sevdiyindən yəqin ki, bir qadın kimi məni başa düşər. Axı mən də uşaqlarımı böyütmək istəyirəm, istəyirəm onların hər şeyi olsun. Allah qoysa olacaq da, Namiqli Namiqsiz. Bu iş olacaq.
- Bu müsahibədən sonra ola bilərmi ki, Namiq sizin haqqınızda hansısa ittihamlar, faktlar söyləsin?
- Onun əlində fakt olsa idi indiyə qədər deyərdi. Axı nədən danışacaq, canlı iki uşaq var. Lazım gəlsə uşaqların qan analizini verərəm. Aygünün prodüseri deyib ki, Namiq mənimlə metroda tanış olub. Metroda tanış olmaq nə vaxtdan günah sayılır? Onda ən böyük arzumuz o idi ki, evimiz, maşınımız olsun. İlk maşınımız VAZ 2106 idi, hələ “Rəvayət”dən çox qabaq almışdı. Adi bir maşına necə sevinirdik. Nə vaxt ki, hər şeyimiz oldu, o bizi atıb getdi. Namiq mənim axıracan susacağıma o qədər arxayın olub ki, belə böyük danışır. Amma mən demək istəyirəm ki, indi sən sus, bundan sonra mən danışacam. Sənin kimi boş söz deməyəcəm. Əlimdə videokasetlər, şəkillər, uşaqların doğum haqqında şəhadətnaməsi var. Namiq hara gedəcək bu faktlardan? Namiq artıq mənim üçün ölüb, amma fakt ölü üçün də keçərlidir, diri üçün də...
https://www.youtube.com/watch?v=2azrC2Tqb5c
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 20
vayyyy bu nedii
mende eshidmishtim o vaxlar
niye shokte kishidi de indi cavanlig serfi
Eshiiii evli olub olmiyeb uje kecti getii.
eto ostalos v proshlim
eses bugun di!!!!!!!!!!!!!!!!!!
duzdi shexsi ishidi, ama iki evladi atmag duzgun deyer
yani yazilmagina gore ushaglaride saymir burde duz deyer heledise
HECKIM BASHKASININ ADINAN DANISHMASIN NAMIG OZU BILIR NE EDIR NEDE ETMIR
gagash heckim kimnese adine danishmir dunya yazir