Bu gün platindən hazırlanan zərgərlik məmulatları hətta qızıldan da yuxarı qiymətə satılır. Amma hər zaman belə olmayıb: başlanğıcda bu metalı heç kim qiymətləndirməyib. Ağ metalın qiyməti hətta gümüşdən iki dəfə aşağı olub və heç kim ondan necə istifadə etmək lazım olduğunu bilməyib. 1778-ci ilə qədər isə ispanlar ələ keçirdikləri bütün platini dənizə atıblar. Nə üçün?
Zərgərlər hiss edəndə ki, ağ metal əridilldikdə qızılla yaxşı qarışır, onlar yüksək keyfiyyətli saxta qızıl pullar istehsal etməyə başladılar. Nəticədə, İspaniya qızıl sikkələrinin qiyməti kəskin olaraq aşağı düşdü və ölkədə devalvasiya baş verdi. Bu hadisədən sonra İspaniya kralı Yeni dünyadan gətirilmiş bütün platin ehtiyatını batırmağı əmr etdi. 40 il belə davam etdi, o vaxta qədər ki, İspaniya hakimiyyəti özü sikkələri saxtalaşdırmaq qərarına gəldi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев