Bəlkə də dünyadakı ən qeyri-adi memarlıq abidəsini görürsünüz.
Onu kimliyi məlum olmayan fransız memar 19-cu əsrdə yaradıb. Hindistanın Heydərabad şəhərindəki Salar Canq muzeyində saxlanılır.
Abidə "Mafistofel və Marqaritanın ikiüzlü heykəli" adı ilə məşhurdur. İş ondadır ki, heykəlin bir tərəfində kişi fiquru təsvir edilib, əks tərəfində isə qadın. Bunlar Hötenin "Faust" adlı məşhur əsərinin personajlarıdır. Hər iki fiqura eyni anda baxmaq və bu qeyri-adi yaradıcılıq əsərini layiqincə qiymətləndirmək üçün abidənin arxasına böyük güzgü yerləşdirilib. Abidə, elmi adı Ficus sycomorus olan ağacın bütöv bir parçasından hazırlanıb.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев